Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaranıb

25.11.2024

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Tbilisidə parlament seçkilərinin nəticələrinə etiraz aksiyasının keçirildiyi parlament binası yaxınlığında etirazçılarla polis arasında qarşıdurma yaranıb.

APA xəbər verir ki, etirazçılar dəstələr şəklində parlament binasına doğru getməyə çalışsalar da, polis onlara icazə verməyib.

Etirazçıların bir neçə avtomobili blokadanı yararaq parlamentə tərəf keçə bilib. Etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında əlbəyaxa dava olub.

Qeyd edək ki, Tbilisidə seçkinin nəticələrinə qarşı mitinq noyabrın 24-də axşam saatlarında başlayıb.

Parlamentin yaxınlığındakı Respublika meydanına toplaşan nümayişçilər daha sonra Parlament binasına doğru yürüş etmək qərarına gəliblər.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью