Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaranıb AzPolitika onlayn siyasiictimai qəzet

24.11.2024

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Tbilisidə parlament seçkilərinin nəticələrinə etiraz aksiyasının keçirildiyi parlament binası yaxınlığında etirazçılarla polis arasında qarşıdurma yaranıb.

APA xəbər verir ki, etirazçılar dəstələr şəklində parlament binasına doğru getməyə çalışsalar da, polis onlara icazə verməyib.

Etirazçıların bir neçə avtomobili blokadanı yararaq parlamentə tərəf keçə bilib. Etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında əlbəyaxa dava olub.

Qeyd edək ki, Tbilisidə seçkinin nəticələrinə qarşı mitinq noyabrın 24-də axşam saatlarında başlayıb.

Parlamentin yaxınlığındakı Respublika meydanına toplaşan nümayişçilər daha sonra Parlament binasına doğru yürüş etmək qərarına gəliblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью