Tbilisidə etirazlar ötən gecə də davam edib 21 polis yaralandı

02.12.2024

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.

Dekabrın 1-2-də Tbilisidə keçirilən etirazlar zamanı 21 polis yaralanıb.

Bakupost.az xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.

Qurumun məlumatına görə, son aksiyalar zamanı ümumilikdə 113 polis xəsarət alıb, onların 4-ü hələ də xəstəxanadadır.

DİN aksiya iştirakçılarını qanunu pozmamağa və polisin göstərişlərini yerinə yetirməyə çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью