Tbilisidə etirazlar zamanı 21 polis yaralandı

02.12.2024

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dekabrın 1-2-də Tbilisidə keçirilən etirazlar zamanı 21 polis yaralanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.

Qurumun məlumatına görə, son aksiyalar zamanı ümumilikdə 113 polis xəsarət alıb, onların 4-ü hələ də xəstəxanadadır.

DİN aksiya iştirakçılarını qanunu pozmamağa və polisin göstərişlərini yerinə yetirməyə çağırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью