Tbilisidə gecə etirazları zamanı 32 polis xəsarət alıb

29.11.2024

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tbilisidəki gecə etirazları zamanı Gürcüstanın Daxili İşlər Nazirliyinin 32 əməkdaşı xəsarət alıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, 43 xəsarət alan polis əməkdaşından 13-nə cərrahiyyə əməliyyatı lazım olub, 1 polis hələ də xəstəxanadadır.

Polisə tabe olmamaq və inzibati qaydanı pozmaq ittihamı ilə 43 nəfər saxlanılıb.

Qeyd edək ki, etirazçılar polisə müxtəlif əşyalar, tüstü bombaları atıb və polis əməkdaşlarının gözlərini lazerlə korlaşdırıblar.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью