Tbilisidə gecə etirazları zamanı 32 polis xəsarət alıb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

29.11.2024

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Tbilisidəki gecə etirazları zamanı Gürcüstanın Daxili İşlər Nazirliyinin 32 əməkdaşı xəsarət alıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, xəsarət alan polis əməkdaşlarından 13-nə cərrahiyyə əməliyyatı lazım olub, 1 polis hələ də xəstəxanadadır.

Polisə tabe olmamaq və inzibati qaydanı pozmaq ittihamı ilə 43 nəfər saxlanılıb.

Qeyd edək ki, etirazçılar polisə müxtəlif əşyalar, tüstü bombaları atıb və polis əməkdaşlarının gözlərini lazerlə korlaşdırıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью