Tbilisidə gərgin anlar: Baş nazir oradan gizli şəkildə çıxarıldı

02.12.2024

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze səfirlərin istefasından sonra Xarici İşlər Nazirliyinin əməkdaşları ilə görüş keçirib.

Globalinfo.az xəbər verir ki, görüş XİN-in binası qarşısında davam edən etiraz aksiyaları fonunda gerçəkləşib.

Müxalif “Mtavari Arxi” televizyası aksiyanın aktivləşməsindən sonra baş nazirin XİN-dən gizli şəkildə çıxarıldığını yazıb. Məlumata görə, Kobaxidzenin görüşə qatıla bilmədiyini yazıb.

Qeyd edək ki, Gürcüstanda aksiyalar başladıqdan sonra XİN-in 250 əməkdaşı, eləcə də 6 diplomatı hökumətin Avropa İttifaqı ilə bağlı qərarına etiraz edib.

Əliyar Xəlil
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью