Tbilisidə gərginlik: Polis küçələri bağladı VİDEO

25.11.2024

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə parlament binasının xidməti girişlərinə gedən küçələri tamamilə bağlayıblar.

Modern.az bu barədə TASS-a istinadən xəbər verir.

Daxili İşlər Nazirliyinin əməkdaşları, o cümlədən xüsusi təyinatlılar parlament binasının hər iki tərəfində, eləcə də onun arxasındakı parkda yerləşdirilib. Media nümayəndələri hələlik binanın özünə buraxılmır.

Qeyd edək ki, bu gün yeni seçilən parlamentin ilk iclası keçiriləcək. İclasda spiker, vitse-spiker və komitə rəhbərləri seçiləcək.

Seçkilərin nəticələrinə qarşı çıxan müxalifət və tərəfdarları bazar günündən etibarən mitinq keçirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью