Tbilisidə güclü leysan küçələri su altında qoydu (Video)

21.07.2026

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gürcüstanın paytaxtı Tbilisidə yağan güclü yağış nəticəsində bir sıra küçələri su basıb, nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.

Milli.Az xəbər verir ki, məlumata görə, Ağmaşenebeli prospekti, Qldani, Avlabari və Ədliyyə Evinin ətrafı daşqından ən çox zərər görən ərazilərdir. Bəzi sürücülər avtomobillərini sudan çıxarmaq üçün əl ilə itələməyə məcbur qalıblar.

Tbilisi meri Kaxa Kaladze bildirib ki, şəhərin bütün aidiyyəti xidmətləri gücləndirilmiş iş rejiminə keçib və fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью