Tbilisidə güclü yanğın başlayıb

02.11.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tbilisidə "Vağzal meydanı" metrostansiyası yaxınlığında güclü yanğın başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, yanğın piyada keçidində qeydə alınıb.

Əraziyə yanğınsöndürmə və xilasetmə briqadaları cəlb edilib.

Hadisənin səbəbi və digər təfərrüatlar hələ məlum deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью