Tbilisidə Gürcüstan müxalifətinin lideri saxlanıldı

02.12.2024

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gürcüstan müxalifətinin “Dəyişiklik naminə” liderlərindən biri Zurab Caparidze Tbilisidə saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın “Tabula” nəşri məlumat yayıb.

Caparidze etirazçıların Rustavelidən köçdüyü Çavçavadze prospektində saxlanılıb. 

Xatırladaq ki, noyabrın 28-də axşam saatlarında Tbilisidə etirazlar baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropaya inteqrasiyası üzrə danışıqların 2028-ci ilə qədər dayandırıldığı barədə bəyanatından sonra başlayıb.

Gülayə Mecid 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью