Tbilisidə hökumət əleyhinə aksiya keçirilir Video

28.11.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gürcüstanın paytaxtı Tbilisidə müxalifət nümayəndələri, onların tərəfdarları və vətəndaş fəallarının iştirakı ilə hökumət əleyhinə mitinq keçirilir.
Bizim.Media xəbər verir ki, aksiyada yüzlərlə etirazçı iştirak edir.
Nümayişçilər aksiyanı noyabrın 28-də keçirməklə hakimiyyətə iki il əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin xüsusi bəyanatla çıxış etdiyini xatırlatmaq istəyiblər. Həmin bəyanatda bildirilib ki, ölkə 2028-ci ilə qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqların açılması üçün müraciət etməyi planlaşdırmır.
Aksiya iştirakçılarının bir qismi İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin birinci korpusunun qarşısında, digərləri isə “Avlabari” metro stansiyasının yaxınlığında toplaşıb.
Hər iki istiqamətdən yürüşə başlayan nümayişçilər bir neçə kilometr məsafədə yerləşən Azadlıq meydanına doğru irəliləyirlər. Yürüş marşrutları boyunca avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Qeyd edək ki, 2024-cü il noyabrın sonu – dekabrın əvvəlində Kobaxidzenin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesinin başlanmasını dayandırmaq qərarını açıqlamasından sonra Gürcüstanda kütləvi etiraz aksiyaları keçirilmişdi.
Həmin vaxt nümayişlər hər gün etirazçılarla hüquq-mühafizə orqanları arasında toqquşmalarla müşayiət olunurdu. Xüsusi təyinatlılar aksiyaları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edirdi.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью