Tbilisidə I Azərbaycan Gürcüstan Rektorlar Konfransı keçirilir

16.11.2026

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 16-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində I Azərbaycan–Gürcüstan Rektorlar Konfransı işə başlayıb.

AZXEBER.COM xəbər verir ki, Gürcüstan Texniki Universitetində keçirilən konfransda Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Zviad Qabisoniya, eləcə də hər iki ölkənin ali təhsil müəssisələrinin rektorları və nümayəndələri iştirak edirlər.

Konfransın açılışında Gürcüstan Texniki Universitetinin rektoru David Gurgenidze iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev və Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Zviad Qabisoniya iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın inkişafından, universitetlərarası əlaqələrin genişləndirilməsindən və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətindən bəhs ediblər. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev isə çıxışında iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində elm və təhsil sahəsində əməkdaşlığın rolunu vurğulayıb.

Konfrans çərçivəsində Azərbaycanda elmi-tədqiqat əməkdaşlığının və beynəlmiləlləşmənin inkişafına dair təqdimatın keçirilməsi, Azərbaycan və Gürcüstan universitetlərinin rektorlarının iştirakı ilə panel müzakirələrinin təşkili, ali təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinin və yeni tərəfdaşlıq imkanlarının müzakirəsi nəzərdə tutulur.

Tədbir çərçivəsində, həmçinin iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq memorandumlarının imzalanması planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью