Icma.az, Unikal.az portalına istinadən məlumat yayır. Gürcüstanın paytaxtında ictimai nəqliyyatda fasilə yaranıb, buna görə gediş-gəliş müvə
"Unikal" gürcü mətbuatına istinadən xəbər verir ki , şəhər hakimiyyəti kiberhücumun törədildiyini güman edir.
Tbilisi meri Kaxa Kaladze də kiberhücumun baş verdiyini ehtimal edir. "Araşdırma başlayıb. Çox güman ki, ödəniş sisteminə kiberhücum edilib.
Necə və kim tərəfindən - bunu mütləq istintaq müəyyən edəcək", - o, qeyd edib.
Bir müddət sonra şəhər xidmətləri problemlərin öhdəsindən gələ bilib və nəqliyyat fəaliyyəti adi qaydada bərpa edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.