Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb: 10 polis əməkdaşı yaralanıb

30.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

29-30 noyabr tarixlərində Tbilisidə keçirilən etiraz aksiyalarında 107 nəfər saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qurumun məlumatında bildirilib ki, etirazçılar Rustaveli prospektində keçirilən aksiya zamanı polisə müxtəlif əşyalar, daş, pirotexniki vasitələr, şüşə butulkalar, metal əşyalar atıblar.

Nəticədə aksiya zamanı 10 polis əməkdaşı yaralanıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью