Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb AzPolitika onlayn siyasiictimai qəzet

30.11.2024

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

29-30 noyabr tarixlərində Tbilisidə keçirilən etiraz aksiyalarında 107 nəfər saxlanılıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qurumun məlumatında bildirilib ki, etirazçılar Rustaveli prospektində keçirilən aksiya zamanı polisə müxtəlif əşyalar, daş, pirotexniki vasitələr, şüşə butulkalar, metal əşyalar atıblar.

Nəticədə aksiya zamanı 10 polis əməkdaşı yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью