Tbilisidə keçirilən mitinq zamanı 34 nəfər saxlanılıb, 12 polis yaralanıb

03.12.2024

News24 saytına istinadən Icma.az xəbər verir.

Gürcüstanın paytaxtı Tbilisidə Rustaveli prospektində dekabrın 2-də keçirilən mitinq zamanı hüquq-mühafizə orqanları 34 nəfəri saxlayıb.

News24.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyindən “İnterpress-News” Agentliyinə verilən məlumata görə, onlara qanunvericiliyə əsasən inzibati xətalar üzrə ittiham irəli sürülüb.

Bundan əlavə, agentlik qeyd edir ki, dünənki aksiya zamanı 12 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Saxlanılan şəxslər müxtəlif müvəqqəti saxlama izolyatorlarına köçürülüblər.\\report

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью