Tbilisidə keçirilən son etirazlarda 113 polis əməkdaşı xəsarət alıb

02.12.2024

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Son günlər Gürcüstanın paytaxtı Tbilisi şəhərində etirazçıların aksiyaları nəticəsində 100-dən çox hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Qeyd olunub ki, dekabrın 1-2-də etirazçıların zorakılıq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 21 əməkdaşı xəsarət alıb. Onlara hazırda tibbi yardım göstərilir.

Son günlər aksiyalarda Daxili İşlər Nazirliyinin 113 əməkdaşı xəsarət alıb, onlardan 4-ü hazırda klinikada müalicə alır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью