Tbilisidə Kürə düşən avtomobildən meyit tapılıb YENİLƏNİB

04.03.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tbilisidə Kürə düşən avtomobildən bir nəfərin meyiti aşkarlanıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Fövqəladə Halların İdaretməsi Xidməti təsdiqləyib. Bir neçə saatlıq axtarışdan sonra avtomobil xüsusi texnika ilə sudan çıxarılıb. Avtomobildə ümumilikdə neçə nəfərin olduğu bilinmir.

14:10

Tbilisidə avtomobil Kür çayına düşüb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Metexi körpüsünün üzərində hərəkət edən avtomobil idarəetməni itirərək Kür çayına düşüb.

Əraziyə xilasedicilər cəlb edilib.

Avtomobildə neçə nəfərin olduğu bilinmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью