Tbilisidə mitinq keçirilir

04.11.2024

Icma.az, Sonxeber.az portalına istinadən məlumat yayır.

Tbilisidə mitinq keçirilir

Müxalifət partiyalarının liderləri, onların tərəfdarları, eləcə də vətəndaş fəalları Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında oktyabrın 26-da keçirilən parlament seçkilərinə qarşı mitinq keçirirlər.

"Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Parlamentin qarşısındakı meydanda müxalifət liderlərinin çıxış etməyi və gələcəklə bağlı planlarını açıqlamağı üçün səhnə qurulub.

Mitinqdən əvvəl müxalifət nümayəndələri Tbilisidə dəmiryol vağzalının binasından parlamentə doğru yürüş təşkil ediblər.

Xatırladaq ki, Gürcüstan parlamentinə keçirilən seçkilərdə hakim "Gürcü arzusu" partiyası qalib gəlib. Prezident Salome Zurabişvili daha sonra səsvermənin nəticələrini tanımadığını bəyan edərək, seçkilərə qarşı etiraz aksiyasında iştirak edib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью