Tbilisidə mitinqlərdə daha iki nəfər saxlanıldı

07.12.2024

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Tbilisidə parlament binası yaxınlığında keçirilən mitinqlərdə iğtişaşların təşkilində və iştirakında ittiham olunan daha iki nəfər saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, saxlanılanlardan biri xarici ölkə vətəndaşıdır.
Onlar hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərməkdə və qanuni tələblərinə tabe olmamaqda ittiham olunublar.
Tbilisidə mitinqlərdə iğtişaşlar başlayandan indiyədək 28 nəfər saxlanılıb.
Qeyd edək ki, noyabrın 28-də Gürcüstanda hökumət əleyhinə nümayişlərin növbəti dalğası baş nazir İrakli Kobaxidzenin hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının Avropa İttifaqına üzvlüklə bağlı müzakirələr məsələsini 2028-ci ilin dekabrına qədər gündəliyə daxil etməmək və bu tarixə qədər Aİ-dən heç bir büdcə qrantı almamaq barədə qərarını bəyan etməsindən sonra başlayıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью