Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev Tbilisidə fiziki zorakılığa məruz qalıb.
Teleqraf.com xəbər verir ki, onun üzərinə müxalif “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili hücum edib.
Yayılan məlumatlara əsasən, tərəflər arasında yaranmış mübahisə sonradan qarşıdurmaya keçib. A.Elisaşvili Ə.Babayevi itələyəndən sonra soydaşımız yerə yıxılaraq başından xəsarət alıb.
Təcili tibbi yardım maşını ilə GAMK sədri xəstəxanaya çatdırılıb. Ona müvafiq tibbi yardım göstərilib, hazırda vəziyyəti normaldır.