Tbilisidə müxalifət lideri saxlanıldı

02.12.2024

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tiflisdə müxalifət liderlərindən biri saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Gürcüstanda nə baş verir? - Proseslərin pərdəarxası...

Müxalif Qirçi Partiyasının sədri Zurab Caparidze Tiflisdə etiraz aksiyaları zamanı saxlanılıb.

Bildirilib ki, Caparidze parlament binası yaxınlığında etiraz aksiyası dağıdılandan sonra bir neçə həmkarı ilə birlikdə qaldığı Vake rayonunda saxlanılıb.

Xatırladaq ki, noyabrın 28-də axşam saatlarında Tbilisidə etirazlar baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropaya inteqrasiyası üzrə danışıqların 2028-ci ilə qədər dayandırıldığı barədə bəyanatından sonra başlayıb.

Nərmin
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью