Tbilisidə müxalifət lideri soydaşımıza hücum etdi Video

05.12.2024

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Tbilisidə müxalif “Vətəndaşlar” partiyasının rəhbəri Aleko Elisaşvili Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevə hücum edib döydüyünə görə həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.

Hadisə dekabrın 2-də baş verib. Ə. Babayev aptekdə olarkən siyasi şüarlar səsləndirən A. Elisaşvili ona hücum edib.

Nəticədə soydaşımız xəstəxanaya yerləşdirilib, sonradan evə buraxılıb.

Məlumata görə, müxalifətçini üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Hadisənin görüntülərini təqdim edirik:

Fotoda Əli Babayev

Fotoda Aleko Elisaşvili

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью