Tbilisidə müxalifət lideri soydaşımıza hücum etdi VİDEO

05.12.2024

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tbilisidə müxalif "Vətəndaşlar" partiyasının rəhbəri Aleko Elisaşvili Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevə hücum edib döydüyünə görə həbs edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dekabrın 2-də baş verib. Ə. Babayev aptekdə olarkən siyasi şüarlar səsləndirən A. Elisaşvili ona hücum edib.

Nəticədə soydaşımız xəstəxanaya yerləşdirilib, sonradan evə buraxılıb.

Məlumata görə, müxalifətçini üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Hadisənin görüntülərini təqdim edirik:
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью