Tbilisidə müxalifətin ofisindən partlayıcı qurğular tapıldı Video

04.12.2024

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tbilisidə müxalifət partiyalarının ofislərindən və zorakılıqların təşkilinə görə həbs olunan şəxslərin evlərindən axtarışlar zamanı çox sayda pirotexniki vasitələr, əleyhqazlar, “Molotov kokteylləri”, kompüterlər, müxtəlif mayelər və digər əşyalar müsadirə edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyində keçirilmiş brifinqdə bildirilib.

Qeyd olunub ki, bütün cinayətkarların müəyyən edilərək saxlanılması istiqamətində istintaq davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью