Tbilisidə növbəti aksiya keçirilir

05.12.2024

Icma.az bildirir, Anews portalına istinadən.

Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə növbəti mitinq keçirilir.Bu barədə Gürcüstan mediası xəbər verir.

Etirazçılar parlamentin qarşısındakı meydanı tamamilə zəbt ediblər və qanunverici orqanın yerləşdiyi Rustaveli prospektini bağlayıblar. Onlar yenidən hökumətin istefasını və yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Nümayişdə əvvəlki günlərlə müqayisədə etirazçıların sayı xeyli azdır.
www.anews.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью