Tbilisidə Orta Dəhliz və regional əməkdaşlıq məsələləri müzakirə olunub

08.09.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tbilisi, 8 sentyabr, AZƏRTAC

Gürcüstan hökuməti administrasiyasının rəhbəri Levan Jorjoliani Delfik İqtisadi Forumunun təsisçisi və prezidenti Simeon Tsomokos ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə tərəflər gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüşdə Orta Dəhlizin təhlükəsiz və etibarlı tranzit marşrutu kimi əhəmiyyəti, habelə Gürcüstanın regional əlaqələrin gücləndirilməsindəki rolu vurğulanıb.

Delfik İqtisadi Forumu çərçivəsində Orta Dəhliz və digər qlobal layihələrin müzakirəsinin məqsədəuyğun olduğu bildirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью