Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə mitinq keçirilir | Icma.az
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir. Gürcüstan hökumətinin əleyhdarları Tbilisidə parlament binası yaxınlığında növbət
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.
Bildirilib ki, parlamentin qarşısındakı meydan artıq insanlarla dolub.
Nümayişçilər qanunvericilik binasının yerləşdiyi Rustaveli prospektini də bağlayıblar.
Etirazçılar hökumətin istefasını və yeni parlament seçkilərinin təyin edilməsini tələb edirlər. Parlamentin ətrafında polis qüvvələri var.
Qanunvericilik binasının yaxınlığındakı Azadlıq meydanında Daxili İşlər Nazirliyi artıq xüsusi texnika, o cümlədən su şırnaqları, akustik silahlar və şəxsi heyətin hərəkəti üçün avtobuslar yerləşdirib.
Xatırladaq ki, noyabrın 29-da Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ölkəsinin Avropaya inteqrasiya prosesini 2028-ci ilə qədər dayandırdığını bildirməsindən sonra paytaxtda və digər şəhərlərdə kütləvi etiraz aksiyaları keçirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu