Tbilisidə parlament binası yaxınlığında prezident seçkiləri əleyhinə mitinq keçirilir

14.12.2024

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tbilisidə Gürcüstan parlamentinin qarşısına müxalifət nümayəndələri, eləcə də onların tərəfdarları toplaşaraq ölkədə keçirilən prezident seçkilərinə etiraz ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuat hadisə yerindən məlumat verib.

Etirazçılar oktyabrın 26-da keçirilən parlament seçkilərinin saxtalaşdırıldığını, yeni çağırış parlamentin legitim olmadığını və bununla da qanunverici orqanın legitim prezident seçə bilməyəcəyini düşünürlər.

Parlamentə əlavə polislər göndərilib. Qanunverici orqanın yaxınlığındakı Azadlıq meydanında Daxili İşlər Nazirliyi xüsusi texnika: su şırnaqları, akustik silahlar, polis əməkdaşlarının hərəkəti üçün avtobuslar yerləşdirib. Mitinq polislə toqquşma olmadan keçirilir.

Gürcüstan şənbə günü altıncı prezidentini seçir. İlk dəfədir ki, dövlət başçısı birbaşa səsvermə yolu ilə deyil, 300 seçicidən ibarət kollegiyanın iclasında seçilir. Onun tərkibinə Gürcüstan parlamentinin 150 deputatı, Acarıstan Ali Sovetinin 21 deputatı, Abxaziya Ali Sovetinin 20 nümayəndəsi və ölkənin müxtəlif bölgələrinin rayon sakrebulo-bələdiyyə orqanlarının 109 deputatı daxildir. Prezidentliyə yeganə namizəd hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının namizədi, keçmiş parlament üzvü və keçmiş futbolçu Mixail Kavelaşvilidir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью