Tbilisidə parlament qarşısında növbəti aksiya BAŞLADI

06.12.2024

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Gürcüstanın paytaxtı Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyaları doqquzuncu gündür ki, davam edir.

Redaktor.az xəbər verir ki, Rustaveli prospektində yenidən bir neçə min nəfər toplaşıb və aksiya zamanı avtomobil hərəkəti tamamilə dayandırılıb. Etiraz aksiyası, əvvəlki günlərdə olduğu kimi, dinc şəraitdə keçirilir, iştirakçılar hüquq-mühafizə orqanlarını təxribata çəkməkdən uzaq dururlar.

Buna baxmayaraq, parlament binası önündə xüsusi təyinatlı qüvvələr növbə çəkməyə davam edir. Bu addım pirotexnikadan istifadə hallarını qabaqlamaq və etirazçıların binaya yaxınlaşmaq cəhdlərinin qarşısını almaq məqsədilə atılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью