Tbilisidə parlament qarşısında yenidən etiraz aksiyası başlayıb KONKRET

01.12.2024

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tbilisidə parlament binasının qarşısında yenidən etiraz aksiyası başlayıb.

KONKRET.az xəbər verir ki, saat 18:00 radələrində əraziyə gələn etirazçılar Rustaveli prospektində avtomobillərin hərəkətini məhdudlaşdırıblar.

Hazırda hakim partiya əleyhinə şüarlar səsləndirən etirazçılar qanunverici orqanın həyətinə pirotexniki vasitələr atırlar.

Əraziyə polis qüvvələri və təcili tibbi yardım maşınları cəlb edilib.

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью