Tbilisidə polisə qarşı zorakılıq etmiş 21 nəfər saxlanıldı

05.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Tbilisidə keçirilmiş etiraz aksiyalarında zorakılıq törətmiş 21 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər sistemli və davamlı olaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq tətbiq ediblər, onlara xəsarətlər yetiriblər və “Molotov kokteyllər”i atıblar.

Qeyd olunub ki, törədilmiş cinayət əməllərinə görə 9 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью