Tbilisidə “Qıpçaq Afşar etnosistemində Soğanlığın tarixi” kitabı dərc edilib

30.09.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Tbilisidə Gürcüstan Yazıçılar Evində araşdırmaçı, analitik və Gürcüstan Türkləri Vətənpərvər Ziyalılar Birliyinin sədri Fazil Əliyevin müəllifi olduğu “Qıpçaq-Afşar etnosistemində Soğanlığın tarixi” kitabının və yeni təsis edilən “YURT” təşkilatının təqdimatı keçirilib. 

Tədbirdə gürcü və azərbaycanlı ziyalılar, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər kitabın tarixi, elmi və mədəni əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Bildirilib ki, əsərdə Soğanlığın tarixi ilə bağlı müxtəlif məsələlər araşdırılır və mövzuya tarixi-etnoqrafik aspektdən yanaşılır.

Tədbir zamanı, həmçinin yeni yaradılan “YURT” təşkilatının məqsədləri, fəaliyyət istiqamətləri və həyata keçirilməsi nəzərdə tutulan gələcək layihələri barədə məlumat verilib. 

Təqdimat mərasimində saz ifaçıları da iştirak ediblər. Onların ifa etdiyi saz havaları tədbirin mədəni hissəsini zənginləşdirib.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью