Tbilisidə son durum: Çox sayda xəsarət alan var | Icma.az
Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir. Ötən gün Tbilisidə keçirilmiş aksiyada 9 nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyindən bildirilib. "Həmin şəxslər müxtəlif zədə və travmalar alıblar.
Onların 7-si tibb müəssisələrindən evə yazılıb. İki nəfərin isə müalicəsi davam etdirilir, həyatlarına təhlükə yoxdur.
Etiraz aksiyası keçirilən ərazidə 20 təcili tibbi yardım briqadası fəaliyyət göstərib.
Bəzi aksiya iştirakçılarına yerindəcə tibbi yardım göstərilib, onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb", - deyə məlumatda qeyd olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu