Icma.az bildirir, GlobalInfo portalına istinadən. 00:05 Gürcüstanda ölkənin Aİ-yə qoşulmasının təxirə salınması xəbərindən sonra etiraz aksi
Globalinfo.az xəbər verir ki, Prezident Salome Zurabişvili parlament binası qarşısında etirazçılara qoşulub.
O, xüsusi təyinatlıların və su şırnaqlarının səfərbər olunduğu Azadlıq meydanına gedib.
Salome Zurabişvili Azadlıq meydanına gedən yolu bağlayan xüsusi təyinatlılara yaxınlaşıb və təhlükəsizlik qüvvələrini danlayıb.
“Siz kimə qulluq edirsiniz?”, – deyə o soruşub. Cavab ala bilməyən Zurabişvili “Prezidentinizə cavab vermirsiniz?” – deyə acıqlanıb.
Tbilisidə etiraz aksiyası zamanı Daxili İşlər Nazirliyinin əməkdaşı yaralanıb. Zərərçəkənin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Polis tərəfindən aksiya iştirakçılarına öz etirazlarını dinc şəkildə bildirmək, mitinq və nümayişlər haqqında qanunla müəyyən edilmiş normaları aşmamaq üçün çağırışlar edilib.
Lakin etirazçılar buna məhəl qoymayaraq hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmaya gediblər.