Tbilisidə Tramp göydələni inşa edilir Dəyəri isə...

20.04.2026

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tbilisinin mərkəzində 70 mərtəbəli Tramp Qülləsi göydələni planlaşdırılır.

"Unikal" xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazır. 

"Tikintisi başa çatsa, Gürcüstanın ən hündür binası olacaq. Lakin ABŞ prezidentinin biznesini idarə edən Tramp Təşkilatı, görünür, tikintiyə bir qəpik də sərmayə qoymayacaq; yerli hökumətyönlü iş adamları qrupu Tramp Qülləsinə investisiya qoyur", - deyə nəşr qeyd edib. 

"Kommersant" qəzetinin məlumatına görə, göydələnin dəyəri təxminən 100-120 milyon dollardır.

"Bu, təkcə pulla bağlı deyil, həm də prestijlə bağlıdır: Trampın adından istifadə etmək barədə razılaşma milyarder Bidzina İvanişvilinin hakim "Gürcü Arzusu" partiyasının nailiyyəti kimi təqdim olunur", - qəzet əlavə edib.

Gülayə Mecid


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью