Tbilisidə yaşayış binasında partlayış, 7 nəfər itkin düşdü

19.11.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında partlayış baş verib.

“Qafqazinfo” “İmedi” telekanalına istinadən xəbər verir ki, hadisəyə səbəb qaz sızması olub.

Nəticədə binanın bir hissəsi uçub.

İlkin məlumata görə, partlayış səbəbindən 4 nəfər yaralanıb, daha 7 nəfər isə itkin düşüb. Onlardan üçünün uşaq olduğu bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью