Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gürcüstan hökuməti paytaxt Tiflisin yeni beynəlxalq hava limanını 2007-ci ilə qədər Rusiyanın hərbi bazalarından birinin yerləşdiyi Vaziani qəsəbəsində inşa etmək qərarı verib.
"Cebheinfo.az" xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Tamar İoselianinin "Interpressnews" agentliyinə verdiyi açıqlamaya görə, yeni hava limanının 2031-ci ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
İoseliani bildirib ki, Vaziani Hava Limanının tutumu hazırkı Tiflis Hava Limanından dörd dəfə çox olacaq və ildə təxminən 20 milyon sərnişinə xidmət göstərə biləcək.
Yeni hava limanı fəaliyyətə başladıqdan sonra Tiflisin Novoalekseyevka qəsəbəsində yerləşən və 2025-ci ildə 5 milyondan bir qədər artıq sərnişinə xidmət etmiş Şota Rustaveli Beynəlxalq Hava Limanı istismardan çıxarılacaq. Vaziani paytaxtın yeganə hava limanı olacaq.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin