Tbilisidə yenidən etiraz aksiyası keçirilir

09.02.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tbilisinin mərkəzində və ölkənin iri şəhərlərində hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilir.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV yazıb. 

Aksiya parlament binası qarşısında keçirilir və ona bitişik Rustaveli prospekti nəqliyyatın hərəkəti üçün bağlanıb. Hadisə yerinə patrul və kriminal polis qrupları da cəlb olunub.

Etirazçılar yeni parlament seçkilərinin keçirilməsini və mitinqlərdə saxlanılan vətəndaşların azadlığa buraxılmasını tələb etməkdə davam edirlər.

Ağarza Elçinoğlu 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью