Tbilisidəki etiraz aksiyalarında Gürcüstan DİNin 143 əməkdaşı xəsarət alıb

03.12.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tbilisidəki etiraz aksiyalarında Daxili İşlər Nazirliyinin 143 əməkdaşı xəsarət alıb.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Daxili İşlər Nazirliyinin müavinı Aleksandr Darahvelidze brifinqdə bildirib.

“Nazirlik hər bir polis əməkdaşının həyatının qorunması üçün bütün tədbirləri görür. Pirotexnikanın istifadəsi xüsusilə təhlükəlidir, çünki bu, çox ağır xəsarətlərə səbəb olur”, - Darahvelidze deyib.

O, etirazçılara zorakı hərəkətləri dayandırmağa və qanunu pozmamağa çağırıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью