Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ötən gün Tbilisidəki etiraz aksiyasında xəsarət almış 14 nəfər xəstəxanaya yerləşdirilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Onlardan 10-u etirazçı, 2-si media nümayəndəsi və 2-si Daxili İşlər Nazirliyinin əməkdaşıdır.
Hazırda klinikalarda üç zərərçəkən müalicə alır, onların baş və bədən nahiyəsində xəsarətləri var, həyatlarına heç bir təhlükə yoxdur.