Tbilisidəki etirazlarda 10 əcnəbi saxlanıldı

30.11.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Ötən gecə Tbilisidə keçirilmiş etiraz aksiyasında 10 nəfər xarici ölkə vətəndaşı saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli “Imedinews” xəbər saytı məlumat yayıb

Məlumata əsasən, həmin şəxslər Rusiya, Belarus və ABŞ vətəndaşlarıdır.

Əcnəbilərin etiraz aksiyası zamanı xırda xuliqanlıq əməlləri törətdikləri və polisə qarşı itaətsizlik göstərdikləri bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью