Tbilisidəki NATO və Aİ üzrə İnformasiya Mərkəzi Gürcüstan XİN in tabeliyinə verilir

04.06.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tbilisi, 4 iyun, AZƏRTAC

Tbilisidə fəaliyyət göstərən NATO və Avropa İttifaqı (Aİ) məsələləri üzrə İnformasiya Mərkəzi iyulun 1-dən fəaliyyətini dayandıracaq.

AZƏRTAC xəbər verir ki, mərkəzin əməkdaşlarına bununla bağlı xəbərdarlıq göndərilib.

Qeyd edək ki, İnformasiya Mərkəzi 20 ilə yaxındır Tbilisidə fəaliyyət göstərir. Onun əsas məqsədi Gürcüstan əhalisini ölkənin Aİ və NATO-ya inteqrasiya proseslərinə cəlb etmək və məlumatlandırmaqdan ibarət olub.

Mərkəzin Tbilisidə baş qərargahı və 10 regional ofisi fəaliyyət göstərir.

Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, mərkəzin funksiyası ləğv olunmayacaq, sadəcə, onun fəaliyyəti yenidən təşkil olunandan sonra XİN Aparatının tabeliyinə veriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью