Tbilisidəki partlayışda ölən və xəsarət alanların sayı açıqlandı

19.11.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tbilisinin kənarında yerləşən yaşayış binasında baş verən qaz partlayışı nəticəsində 3 nəfər həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistlərə Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mqebrişvili bildirib.

O qeyd edib ki, daha üç nəfərin axtarışı davam edir.

“İki qadın və bir uşağın cəsədi tapılıb. Daha üç nəfərin axtarışı isə davam edir”, - deyə Mqebrişvili bildirib.Hadisə yerinə müvafiq bölmələr və xüsusi texnika cəlb olunmaqla, axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью