Tbilisidən Bakıya bilet almaq üçün 3 həftə gözlədim Video

19.08.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aparıcı Aytən Səfərova ailəsi ilə birlikdə Gürcüstana səfər edib.

Axşam.az xəbər verir ki, aparıcı Tbilisidən Bakıya necə qayıtması ilə bağlı sualları cavablayıb. A.Səfərova “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bilet əldə edə bilmək üçün həftələrlə gözləməli olduğunu açıqlayıb:

“Azərbaycan Dəmir Yolları” QSC-nin saytını ailəmlə birlikdə həftələrlə izlədik. Düz 3 həftə sonra, gecə saat 4-də biletlərə giriş açıldı və biz biletləri əldə etdik. Düz 3 telefonla daxil olduq və ödənişi etdik. Nə qədər insan gözləyir və qatarlar boş qayıtmır”.

Qeyd edək ki, son günlər sərnişinlər ADY-dən bilet alaraq Tbilisiyə getsələr də, geri qayıtmaqda çətinlik çəkdiklərini deyirlər. Sərnişinlərin əksəriyyəti bilet tapa bilmədiklərini və ya qatarların gecikdiyini bildiriblər.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью