Icma.az bildirir, Olke.az portalına istinadən.
Avropa İttifaqı vizasız səyahətin davam etdirilməsini Tbilisinin bir sıra tələblərə, o cümlədən Rusiyaya qarşı sanksiyalara qoşulmasına riayət etməsi ilə əlaqələndirir.
Ölkə.az xəbər verir ki, bunu Gürcüstan pParlamentinin sədri Şalva Papuaşvili deyib.
"Onlar bizə deyirlər: əgər vizasız səyahət istəyiriksə, Rusiyaya qarşı sanksiyalar tətbiq etməliyik ki, bu da bizim üçün intihar olardı. Özümüzü öldürüb məhv etsək, AB-yə kim vizasız səyahət edəcək?", -Papuaşvili qeyd edib.
O əlavə edib ki, Brüssel həmçinin Gürcüstanın viza siyasətinin Avropa İttifaqına uyğunlaşdırılmasını tələb edir.
Mürtəza