Tbilisinin bu açıqlaması ABŞ üçün təhdiddir Xerbst

22.12.2024

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcü Arzusu Kremlin bəzi maraqlarını Qafqazda gücləndirir və bu, Amerikaya birbaşa təhdid kəsb edir.

Globalinfo.az xəbər verir ki, bunu “Atlantic Council”in baş elmi əməkdaşı Con Xerbst deyib.

“Gürcüstan bizim etibarlı tərəfdaşımız idi. Lakin indi görürük ki, Gürcü Arzusu təkcə daxili repressiv mexanizmlərdən istifadə etmir, həm də Amerika siyasətini tənqid edir. Gürcü Arzusu Kremllə dostluq münasibətlərinin aparılması üçün addımlar atır. Onlar Kremlin bəzi maraqlarını təşviq edirlər ki, bu da bizim üçün birbaşa təhdiddir. İvanişvili Moskvanın Ukraynadakı müharibəsindən danışanda onun maraqlarına xidmət edir”, – o bildirib.

Aqşin Səfərov
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью