Tbilisinin keçmiş meri vəfat etdi

03.01.2025

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın tanınmış ictimai-siyasi xadimi Niko Lekişvili 77 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, o, müxtəlif illərdə yüksək vəzifələrdə çalışıb.
N.Lekişvili 1990-1991-ci illərdə Gürcüstan Respublikası Ali Şurasının üzvü olub.

1991-ci ilin aprelin 9-da Gürcüstan müstəqilliyinin bərpası haqqında aktı imzalayıb.

O, 1993-1995-ci illərdə Tbilisinin meri, 1995-1998-ci illərdə isə Gürcüstanın dövlət naziri, Gürcüstanın üçüncü (1992-1995), beşinci (1999-2004) və altıncı çağırış (2004-2008) parlamentlərinin üzvü olub. 2019-cu ildə Tbilisinin “Fəxri vətəndaşı” adına layiq görülüb.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze və digər rəsmi şəxslər N.Lekişvilinin vəfatı ilə bağlı başsağlığı veriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью