Tbilisinin meri İranın hücum etdiyi şəhərdə qalıb

02.03.2026

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“Tbilisinin meri Kaxa Kaladze Əbu-Dabidədir və yaranmış gərgin vəziyyət səbəbindən hələlik Gürcüstana qayıda bilmir”.

Globalinfo.az bildirir ki, bu barədə Tbilisi merinin mətbuat xidməti məlumat verib.

“Şənbə və bazar günləri Tbilisinin meri Əbu-Dabidə olub. O, doğum gününü qeyd etmək üçün ailəsi ilə birlikdə BƏƏ-yə yollanıb”, – açıqlamada bildirilir.

Məlumata görə, İranın Əbu-Dabiyə hücumları səbəbindən meri Gürcüstana qayıtması çətinləşib.

Safura Bənnayeva
Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью